Azərbaycan 2023-cü ilin yanvar ayında ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3% - $169 milyon 761,52 minədək artırıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 142 min 655,61 ton (artım 52,2%) buğdanın ($43 milyon 423,11 min), 10 min 309,85 ton (artım 57%) qarğıdalının ($2 milyon 737,35 min), 8 min 922,5 ton (artım 2,2 dəfə) düyünün ($4 milyon 4,47 min), 1 min 110,84 ton (artım 31,6%) çayın ($5 milyon 946,23 min), 27 min 622,07 ton (azalma 17,2%) meyvə-tərəvəz məhsullarının ($19 milyon 845,69 min), 2 min 692,19 ton (azalma 14,9%) ətin ($4 milyon 882,72 min), 8 min 788,98 ton (azalma 49,5%) bitki və heyvan mənşəli yağların ($13 milyon 8,11 min) payına düşüb.
Azərbaycana $5 milyon 789 min dəyərində 920,2 ton kərə yağı (azalma 19,1%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 12,02%-i ərzaq məhsullarının payına düşüb.