Yeməkdən sonra yayılıb uzanmaq zərərlidir.
Foodinfo.az bakupost.az-a istinadla xəbər verir ki, qastroenteroloq həkim Natalya Marçenko yeyəndən sonra mədə-bağırsağa dəstək olmaq üçün ideal pozanı açıqlayıb:
“Yeməkdən sonra uzanmaq, yarıuzanılı vəziyyət mədədə, qarında ağırlıq, köp, göynəmə, reflüks yaradır. Buna adət edənlərdə mədədə orqanik dəyişiklik olur. Yeməkdən yarım saat sonraya kimi uzanmaq olmaz. Eləcə də aşağı əyilmək, iş görmək məsləhət deyil. Bu pozalarda sfinkterə təzyiq artır.
Xüsusən mədə-bağırsaq problemi olanlara yeməkdən sonra uzanmaq qəti qadağandır. Bu dispeptik sindromu artırır, müalicəyə mane olur.
Yeməkdən sonra ayaqları qarına sıxıb oturmaq, qaçmaq da olmaz.
Ən ideal variant yeməkdən sonra 15 dəqiqə düzgün oturmaq, 15 dəqiqə gəzməkdir. Yemək ağızda sıyıq hala düşənə kimi çeynənməlidir”.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı