Aprelin 25-də yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.
Foodinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.