“Zəlzələ bölgəsində zərərçəkənlərə prebiotik, probiotik və sinbiotik qidalar təmin edilməlidir”. Foodinfo.az-ın məlumatına görə, bu sözləri Türkiyənin Mardin Artuklu Universitesinin kafedra müdiri, ekspert Hasan Basri Savaş deyib. 


“Zəlzələdən zərər çəkənlər imkan daxilində sadaladığım qidaları qəbul etməlidirlər”, - deyə ekspert qeyd edib. 


Onun sözlərinə görə, təbii fəlakət bölgəsindəki insanlar su təminatına, qida və gigiyenalarına diqqət yetirməlidirlər. Əks halda onsuz da imkanların məhdud olduğu zəlzələ bölgəsində insanların sağlamlığı üçün ağır fəsadlar ortaya çıxa bilər.

Fərid