Mayonezli salatlar yarım gündən çox saxlanıla bilməz. Foodinfo.az Life.ru-ya istinadən xəbər verir ki, bunu qastroenteroloq Yekaterina Kaşux deyib.

Onun sözlərinə görə, bəzi salatların tərkibində trans yağlar və süni əlavələr olan kolbasa, həmçinin yüksək kalorili və yağlı mayonez var.

Qastroenteroloq vurğuladı ki, tərəvəz və meyvə salatlarını 18 saatdan çox, xama, mayonez, yağ və ya digər souslarla ədviyyatlarsa, yarım gündən çox olmayaraq saxlamaq olar.

Mütəxəssis bildirib ki, əgər yeməyin tərkibində konservləşdirilmiş və ya qaynadılmış yumurta varsa, o zaman 6-8 saat ərzində istehlak edilməlidir. Bütün bunlar soyuducuda iki-dörd dərəcə temperaturda saxlanılan yeməklərə aiddir.

Leyla