Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində maarifləndirmə xarakterli monitorinqlərini davam etdirir. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi daşıyan monitorinqlərin ikinci günündə AQTA nümayəndələri “Azərbaycan Supermarket” MMC (“Bravo Supermarket”), “Səhliyalı” MMC, “AzProtein Foods Group” MMC və “Zəhmət-Ruzi” MMC-də olub. Bu barədə Foodinfo.az-a AQTA-nın Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində dövlət siyasəti, qarşıya qoyulan tələblər haqqında məlumat verilib. Müasir standartlara cavab verən, rəqabətə davamlı qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması və satışının təşkilində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğu vurğulanıb. Monitorinq zamanı müəssisə əməkdaşlarına məlumatverici təlimatlar təqdim olunub. Qeyd edək ki, bundan əvvəl AQTA nümayəndələri üç müəssisədə monitorinq keçirib.