Arıqlamaq üçün sarıköklü su və bitki çayları içmək lazımdır.
Foodinfo.az xəbər verir ki, bu barədə həkim-diyetoloq Poini Patil "Health Shots"a müsahibəsində danışıb.
Onun sözlərinə görə, zəncirotu, zəncəfil və biyan kökündən hazırlanmış detoks çayı həzmi yaxşılaşdırır.
"Günün başlanğıcında əla bir içki hazırlamaq üçün sarıkök tozunu ilıq suda qarışdırın, bir miqdar bal, yaxud limon əlavə edin. Sarıköklü su həzmə yaxşı təsir göstərir, maddələr mübadiləsini sürətləndirir, eləcə də qarındakı köpün azaltmasına səbəb olur", - deyə diyetoloq izah edib.
Digər bir içki əridilmiş yağ əlavə olunan sudur. Bu qarışım sağlam yağlarla zəngindir, həzmi yaxşılaşdırır və toxluq hissini uzadır.
Patil, həmçinin, suya alma sirkəsi, bal və limon suyu əlavə edib içməyi məsləhət görüb. Bu içki köpü azaldır, yağların parçalanmasına səbəb olur və qanda şəkər səviyyəsini aşağı salır.
Sonda isə həkim arıqlamaq istəyənlərə səhərlər vitamin C ilə zəngin olan limonlu su içməyi tövsiyə edib. Bu, bədəndən toksinlərin çıxarılmasına və həzmin yaxşılaşmasına yardım edəcək.