Azərbaycanda süfrə yumurtası üzrə yerli istehsal daxili tələbatı 130 faiz ödəyir, hətta artıq BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və İsrail kimi ölkələrə yumurta ixrac etmək üçün razılıq əldə olunub.
Foodinfo.az Marja-ya istinadən xəbər verir ki, bunu Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.
Quş ətinə olan tələbat da əsasən yerli istehsal hesabına təmin edilir.