Yunanıstanın məşhur Saloniki şəhərində qida festivalı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Foodinfo.az-a verilən məlumata görə, 21-ci Qida Festivalında Azərbaycanı “Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib. Cəmiyyətin üzvləri festivalda Azərbaycanın plov, dolma, qutab və digər təamlarını tanıdıblar. İştirakçılar milli xörəklərimizə böyük maraq göstəriblər. Festival həm də xeyriyyə məqsədi daşıyıb. Buradan əldə olunan vəsait Filiroda yerləşən yunan uşaq evinə bağışlanıb.