Tibb elmləri namizədi, immunoloq Nikolay Kryuçkov bildirib ki, bal bir yaşa qədər uşaqlar üçün əks göstərişdir, çünki o, botulizmə səbəb ola bilər.

“Balla ehtiyatlı olmaq lazımdır. Bunun əksər insanlar üçün faydalı məhsul olduğu aydındır. Ancaq, məsələn, çox yayılmış allergiya var, o cümlədən çarpaz allergiya”, - Kryuçkov bildirib.

Bundan əlavə immunoloq qeyd edib ki, bal şəkərlə, ilk növbədə fruktoza ilə zəngin məhsuldur. Bu olduqca zərərlidir.