Sarımsaq turşusu həm dadlı, həm də sağlamlıq üçün faydalı olan bir məhsuldur. Bu turşu, xüsusilə qış aylarında immuniteti gücləndirmək və xəstəliklərdən qorunmaq üçün əla bir seçimdir. 

Foodinfo.az xəbər verir ki, sarımsaq təbii antibiotik olaraq tanınır və bakteriya, viruslarla mübarizədə çox təsirlidir. Sarımsaq turşusu həmçinin ürək-damar sisteminə müsbət təsir edir, xolesterinin səviyyəsini azaldır və qan təzyiqini tənzimləyir.

Sarımsaq Turşusunun Hazırlanması:

Lazım olan ərzaqlar

- 500 q sarımsaq

- 2-3 xörək qaşığı duz

- 1 litr su

- 1 stəkan sirkə (üzüm və ya alma sirkəsi)

- Əlavə olaraq dad vermək üçün dəfnə yarpağı, qara istiot dənələri və ya digər ədviyyatlar

Hazırlanma qaydası

1. Sarımsaqları təmizləyin, bütöv və ya dişlərə bölərək hazırlayın.

2. Su, duz və sirkəni qarışdırın. Qarışımı bir qazana töküb qaynara düşənə qədər orta odda qızdırın. Qaynadıqdan sonra qazanın altını söndürün və məhlulu bir qədər soyudun.

3. Təmiz və sterilizə edilmiş bankalara sarımsaqları yerləşdirin. İstəyinizə görə dəfnə yarpağı və qara istiot dənələri də əlavə edə bilərsiniz.

4. Hazırladığınız məhlulu sarımsaq dolu bankalara tökün və bankaların ağzını yaxşıca bağlayın.

5. Bankaları sərin və qaranlıq yerdə ən azı 2-3 həftə saxlayın ki, sarımsaqlar şoraba məhlulunda yaxşıca dəmlənsin.

Bu turşudan müntəzəm istifadə etmək, xüsusilə qış aylarında soyuqdəymə və digər infeksiyalardan qorunmağa kömək edəcək.