Arıqlamaq üçün yola çıxan hər kəsin imtina üçün ağlına gələn ilk məhsullar şirniyyat, şirələr və qazlı içkilərdir.
Foodinfo.az xəbər verir ki, bu barədə Milliyet araşdırma aparıb.
Qeyd olunur ki, bilinənin əksinə həmçinin tərəvəz salatı, bitki mənşəli süd və pendir kimi sağlam hesab olunan qidalar da çəki itirməyinizə mane olur. Həmçinin qurudulmuş meyvələrin də kalori baxımından mənfi tərəfləri mövcuddur. Məsələn bir stəkan ərik qurusu təxminən 300 kalori olduğu halda, bütün bir əriyi yemək cəmi 79 kalori almağınıza səbəb olur.
A, B12 vitaminləri ilə yanaşı pendir həmçinin kalsiyum və protein mənbəyidir. Bu isə olduqca yüksək kalori anlamına gələ bilər. Bundan əlavə meyvə şirələri, bitki mənşəli südlər və s. məhsullar da çəki itirməyimizə əngəl olur.