Britaniyada 15 yaşlı qız çipsi ( naços ) yedikdən qısa müddət sonra ölüb. Foodinfo.az milli.az-a istinadən xəbər verir ki, 15 yaşlı Abby Reese Beaumont-un ölümü ilə bağlı keçirilən məhkəmədə onun yediyi yemək səbəbindən öldüyü bildirilib. Daily Post-un yazdığına görə çipsi yedikdən bir müddət sonra huşunu itirərək yerə yıxılan qızın ağzından və burnundan qan gəlməyə başlayıb. Valideynləri həkim işləyən qonşularını köməyə çağırsalar da, ona yardım etmək mümkün olmayıb. Qız çatdırıldığı "Wrexham Maelor Hospital"da dünyasını dəyişib. Həkimlərin dediyinə görə, onun ölüm səbəbi qəbul etdiyi qidanın həzm zamanı hissəciklər formasında geri qayıtması və bu zaman öd turşusunun nəfəs yolunu tıxamasıdır. Daha dəqiqi, öd turşusunun geri dönüşü abstruksiya yaradıb.