Bir çoxları çaya şəkər, bəziləri isə süd əlavə etməyi xoşlayır. Lakin mütəxəssislər deyirlər ki, bunların heç birini çayla birlikdə qəbul etməmək daha yaxşıdır.

Foodinfo.az xəbər verir ki, şəkər və süd ilə çay içmək məsləhət görülmür.

Birincisi, içkini çox yüksək kalorili hala gətirirlər. İkincisi, çayın tərkibindəki taninlər kalsiumun udulmasına mane olur. Bu səbəbdən də təkcə südü çayla deyil, digər süd məhsulları  da uyğun deyil. Həmçinin çayı ağ undan hazırlanmış qənnadı məmulatları, yağlı qidalar və limonla birləşdirməməlisiniz. Bu, həzm problemlərinə səbəb ola bilər.