Dəfnə yarpağı təbii antioksidant, antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malik bir bitkidir və sidik kisəsi, böyrəklər və ümumi sidik yolları sağlamlığı üçün faydalıdır. 

Foodinfo.az xəbər verir ki, dəfnə yarpağının tərkibindəki bəzi maddələr sidik yollarında bakteriyaların artmasını önləyərək infeksiyaların qarşısını alır və iltihabı azaldır. 

Xüsusilə, sidik kisəsində yüngül iltihab və infeksiyalar zamanı dəfnə yarpağı çayı simptomları yüngülləşdirməyə kömək edir.

Bununla yanaşı, dəfnə yarpağı bədəndəki artıq su və toksinlərin atılmasına dəstək verir, bu da sidik kisəsinin təmizlənməsi və daha yaxşı işləməsi üçün faydalıdır. 

Lakin dəfnə yarpağının təsirli olması üçün onu düzgün şəkildə və ölçülü istifadə etmək vacibdir. 

Xüsusilə xroniki sidik yolları xəstəlikləri olanlar həkim məsləhəti ilə qəbul etməlidir, çünki bitki çayları hər kəs üçün eyni təsirə malik olmaya bilər.