Aprelin son həftəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Novosibirsk vilayəti üzrə idarəsinin mütəxəssisləri bu il dondurmanın ilk ixrac partiyasına baytarlıq nəzarəti həyata keçiriblər.
Foodinfo.az APA-ya istinadən xəbər verir ki, 12 ton süd məhsulunun razılaşdırılmış baytarlıq şəhadətnaməsi blankı ilə birlikdə Azərbaycana göndərilməsi nəzərdə tutulub.
Novosibirsk istehsalçısı tərəfindən hazırlanan məhsul partiyasının idxalçı ölkənin tələblərinə cavab verdiyi bildirilir.