Qastroenteroloq Yekaterina Kaşux bildirib ki, bəzi mövsümi giləmeyvə, məsələn, çaytikanı, zoğal bir sıra faydalı xüsusiyyətlərə malikdir.

Bu giləmeyvə tərkibində minerallar, antioksidantlar və lif var.

Xüsusilə, çaytikanı C, E, K, A, B12 vitaminləri ilə zəngindir, həmçinin maqnezium, kalium, sink, dəmir mövcuddur.

Zoğalın tərkibində lif, vitamin C, K, PP, E, B vitaminləri, kalsium, maqnezium, dəmir, fosfor, sink, manqan və digər minerallar var.