Qəhvəni çox adam sevsə də, bəziləri onun orqanizmə ziyan vurduğunu, susuzluğa və ürək-damar sistemi xəstəliklərinə səbəb olduğunu deyirlər. Bu içki əksər hallarda yalnız gümrahlıq üçün içilsə də, onun bir sıra digər bilinməyən faydaları da mövcuddur.

Foodinfo.az xəbər verir ki, qəhvə insanı gənc saxlayır, demensiyanın qarşısını alır və depressiyanı aradan qaldırır.

Belə ki, orqanizminizi cavan saxlamaq üçün gün ərzində 1-2 fincan yaxşı qəhvə için.

Qəhvə beyni daha sağlam edir, demensiya, Altsheymer kimi dəhşətli xəstəliklərdən qoruyur.

Məhduq miqdarda içildikdə depressiyanın qarşısını alır, lakin həddən artıq çox istehlakı, əksinə, depressiya və digər sinir sistemi pozğunluqlara səbəb ola bilər.