İnzibati Xətalar Məcəlləsinin tələblərini pozan iaşə obyektlərinə qarşı cərimələr sərtləşdirilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin nümayəndəsi Kənan Kərimli jurnalistlərə açıqlama verib. “Ətraf mühitə tullantıların atılmasının qarşısını almaq üçün xüsusi avadanlıqlardan istifadə etməyən fiziki şəxslər 600 manatdan 25 min manata qədər, hüquqi şəxslər 20-25 min manat cərimə olunacaqlar”, - departament nümayəndəsi deyib. (Oxu.az)