Üzümçülük Samux əhalisi üçün kənd təsərrüfatının gəlirli sahələrindən olduğuna görə bu il də yeni bağların salınması davam edəcək. Bu barədə Samux Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, ötən il 4 hektar sahədə yeni üzüm bağı salınıb. Beləliklə, rayon üzrə üzümlüklərin ümümi sahəsi 10 min 586 hektara çatdırılıb. Məhsuldarlıq dövründə sahələrdən hər hektara görə 9,1 ton üzüm yığılıb. Rayon üzrə isə bağlardan mövsüm ərzində 8 min 867,9 ton üzüm tədarük edilib. Qeyd edək ki, rayon üzrə becərilən texniki üzüm sortları əsasən “Gəncə şərab – 2” istehsal müəssisəsinə təhvil verilir. Süfrə sortları olan “Təbriz” və “Kardinal” isə əsasən daxili bazarda, eyni zamanda, Rusiya bazarlarında satılır. (AZƏRTAC)