Belçikanın paytaxtı Brüsseldə böyük supermarketlər sata bilmədikləri, lakin hələ də istifadəyə yararlı olan ərzaq məhsullarını atmaq əvəzinə, bağışlamağa qərar veriblər.

 Foodinfo.az-ın məlumatına görə, Brüssel hökumətinin tullantıları azaltmaq qərarı ilə 1000 kvadratmetrdən böyük olan supermarketlər 2024-cü ildən etibarən satılmamış, lakin istifadə müddəti bitməyə yaxın olan malları xeyriyyə təşkilatlarına bağışlamalı olacaqlar.

Yeni qanuni tələbin şəhərdəki 100-ə yaxın supermarketi birləşdirəcəyi bildirilir.

Brüssel hökumətinin sosial yardım naziri Alain Maron şəhərdə yaşayan 70 min insanın ərzaq yardımına ehtiyacı olduğunu bildirib.

Belçikada son illərdə ərzaq inflyasiyasının artması və yaşayış dəyərinin artması səbəbindən “qida bankları” adlanan yardım nöqtələrindən yararlananların sayı artır. Bununla belə, xeyriyyə təşkilatlarına edilən ərzaq yardımlarının azaldığı bildirilir.