Soğan əksər yeməkləri bişirmək üçün lazımdır. İnsanların çoxunun soğanla bağlı problemlərindən biri soğan doğrayarkən onun gözləri yandırmasıdır. Bəs soğanın gözləri yandırmaması üçün nə etməliyik?
Foodinfo.az bu yazıda soğan doğrayarkən gözlərin yanmasının qarşısını almağın yollarını qeyd edir.
Soğan gözləri ona görə yandırır ki, onların tərkibində sulfozid adlanan təbii amin turşuları var və soğanı kəsdikdə soğanın hüceyrə divarları zədələnir. Bu sulfozidlər hava ilə təmasda olduqda son dərəcə qıcıqlandırıcı qaza çevrilir. Bu qaz gözə daxil olduqda qıcıqlanmaya səbəb olur və göz bu maddələri yumaq üçün göz yaşı əmələ gətirməyə başlayır ki, bu qaz gözdən çıxarılsın.
Soğanın gözləri yandırmaması üçün soğanı doğrayarkən gözümüzə girən qazın qarşısının alınma yolları:
1- Birinci həll:
Soğanla göz qıcıqlanmasının qarşısını almaq üçün soğanı soyub təxminən yarım saat dondurucuya qoya bilərsiniz. Bu, soğanın kəsilməsi nəticəsində gözlər üçün qıcıqlandırıcı qazların yaranmasının qarşısını alacaq. Bu üsul ən təsirli üsullardan biridir.
Və ya 4-5 saat əvvəl soğanı soyuducuya qoyun. Soğanın yarısı çox olanda xarab olmasın deyə soyuducuya qoyanda sonradan istifadə edəndə daha gözümüz ağrımır. Əgər bu məsələyə diqqət yetirməmisinizsə, növbəti dəfə mütləq diqqət yetirin.
2. İkinci həll:
Gözləri yandırmamaq üçün soğanı soyun və təxminən yarım saat soyuq suya qoyun. Bu sadə hiylə ilə soğan doğrayarkən gözləriniz zədələnməyəcək. Bu üsul yuxarıdakı üsul kimi soğan tərəfindən qaz istehsalının qarşısını alır.
3. Üçüncü həll:
Soğanları doğramağa tələsirsinizsə və soğanı dondurucuya və ya suya qoymaq üçün yarım saatınız yoxdursa. Gözlərinizi soğanla yandırmamaq üçün soğanla təmasda olarkən daha az nəfəs almağa çalışın.
4. Dördüncü həll:
Digər həll soğan doğrayarkən saqqız çeynəməkdir. Çənənizi daim hərəkət etdirmək, soğan doğrayarkən göz qıcıqlanmasının qarşısını almağa kömək edir.
5. Beşinci həll:
Soğanın gözünüzü yandırmaması üçün dodağınıza bir kibrit çubuğu qoyub soğanı doğramağa başlaya bilərsiniz. Gözlərinizin yanmasının qarşısını alır. Çünki kibritin tərkibindəki kükürd soğandan ayrılan qazları zərərsizləşdirir.
Soğan doğramaqda çox vacib bir məqamlardan biri də soğanları doğramaq üçün həmişə iti bıçaqdan istifadə etməkdir. Çünki bıçaq daha iti olsa, soğan diblərinin divarlarının daha az zədələnməsinə səbəb olur. Nəticədə daha az qaz əmələ gətirir və soğan doğramaqla gözləriniz daha az qıcıqlanır.
Şəbnəm