Tərkibindəki vitamin və minerallarla yanaşı, antioksidan xüsusiyyətləri ilə tanınan brokolinin daha bir faydası da kəşf edilib. ABŞ alimləri bağırsaq hüceyrələrini xəstəliklərdən qoruduğunu dedikləri brokolinin "super qida" olduğunu düşünürlər.

Foodinfo.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin tədqiqatçılarının fikrincə, brokolinin “superfood” olduğunu sübut edib.

Tərkibindəki vitamin və minerallara görə çoxlu faydaları ilə tanınan brokolinin nazik bağırsağı qoruduğunu alimlər müəyyən ediblər.

Siçanlar üzərində aparılan araşdırmalarda gündəlik qida rasionu yüzdə 15 brokolidən ibarət olan subyektlərin bağırsaq hüceyrələri araşdırılıb.

Brokolinin nazik bağırsağın hüceyrələrindəki “aril karbohidrogen reseptorları”na bağlanaraq bu hüceyrələri gücləndirdiyi müəyyən edilmişdir. Bu vəziyyətin bir çox bağırsaq xəstəliklərindən qorunma təmin etdiyi bildirilir.

Məlumdur ki, çarmıxlı tərəvəzlərdə olan bəzi maddələr hüceyrələri DNT-nin zədələnməsindən qoruya bilir və virus, bakteriya və iltihaba qarşı qoruyucu xüsusiyyətlərə malikdir.

Tədqiqatçıların fikrincə, brokoli, gül kələm, brüssel kələmi, arugula, turp və şalqam kimi tərəvəzlər sağlam qidalanmanın olmazsa olmazları arasındadır.

Fərid