Orta ömür müddəti ən uzun olan ölkələr arasında yer alan Yaponiyadan olan dietoloq heç vaxt istehlak etmədiyi 6 məhsulu açıqlayıb.

Foodinfo.az ömrü qısaldan bu 6 qidanı təqdim edir.

 1. Şirniyyat 

Tomioka tərkibində çox şəkər olan və qarğıdalı nişastası ilə yüklənmiş şirniyyatların ürək və beyinə zərər verdiyini ifadə edib. Buna baxmayaraq, o, tünd şokoladın antioksidantlarla zəngin ola biləcəyini də qeyd edib.

2. Krem pendir 

Tomioka süd məhsullarının kalsium və zülalla zəngin olduğunu söyləsə də, bütün pendirlərin o qədər də faydalı olmadığını bildirib. Yapon mütəxəssis qaymaqlı pendirdə zülalın miqdarının çox az olduğunu bildirərək, tərkibindəki yüksək xolesterinin miqdarına da diqqət çəkib.

3. Xırt-xırtlı qarğıdalı lopaları 

Bəzi insanlar səhər tələsdikləri üçün səhər yeməyində qarğıdalı lopaları kimi qidalardan istifadə edirlər.Tomioka deyir ki, bu cür qidalarda əlavə şəkər çoxdur. Yapon diyetoloqunun fikrincə, artıq şəkər qan təzyiqi problemlərinə, çəki artımına və iltihaba səbəb olur.

4. Qazlı içkilər 

Gündə ən azı 1 və ya 2 stəkan şəkərli içki istehlak etmək insanlarda 2-ci tip diabetə səbəb ola bilər. Tomioka tərkibində süni dadlandırıcılar olan qazlı içkilərdən çəkinməyi tövsiyə edir. Bu, diqqəti çətinləşdirir və miqrenlərə də səbəb ola bilər.

5. Fast food yeməkləri 

Yapon dietoloqu deyir ki, əksər fast food yeməkləri kimi, restoranlarda yeyilən hamburgerlər də yorğunluğa səbəb ola bilər. Fast food yeməklərindən uzaq olan dietoloq deyir ki, bu məhsullarda çox yüksək miqdarda duz, trans və doymuş yağ var. 

6. Soslu sendviç

 İşlənmiş ət məhsullarında duz çox yüksəkdir. Dietoloq həmçinin emal edilmiş ətin tərkibində doymuş yağ ehtiva etdiyinə diqqət çəkib ki, bu da kolon xərçəngi və döş xərçəngi riskini artırır.