Yay mövsümünün əvvəlinə qədər Moskvada 50-dən çox yeni dondurma növü hazırlanıb. Foodinfo.az xəbər verir ki, bu barədə Moskvanın İnvestisiya və Sənaye Siyasəti Departamentinin (DIPP) rəhbəri Vladislav Ovçinski məlumat verib.
Onun sözlərinə görə, yerli məhsullara artan tələbat fonunda Moskvanın qida sənayesi şirkətləri istehsalı aktiv şəkildə artırır, istehsal müəssisələrini modernləşdirir və çeşidlərini genişləndirir. Şəhərdə yaradılmış əlverişli investisiya mühiti də buna öz töhfəsini verir
Yeni dondurma növləri istehlakçıların təbii məhsullara olan müraciətləri nəzərə alınmaqla hazırlanıb.
Fərid