Yeməkdən əvvəl və sonra bir sıra nüanslara riayət etmək qidanın həzm və udulması prosesinə kömək edir və mənfi nəticələrin qarşısını alır. Odur ki, vaxtaşırı bu görülən və edilməyənləri nəzərdən keçirin.

Foodinfo.az xəbər verir ki, yeməkdən dərhal sonra içilən su mədə turşusunun seyrelməsinə səbəb olur və həzm fermentlərinin təsirini gecikdirir və qidaların həzminə mane olur.

 Yeməkdən əvvəl hərəkət iştahaaçandır və yeməkdən bir neçə dəqiqə sonra yavaş hərəkət mədənin işini asanlaşdırır. Belə ki, mədənin ağırlığından yaranan narahatlıq hissini və hətta tənəffüs problemlərini aradan qaldırır, lakin yeməkdən sonra ağır fəaliyyətin bir çox mənfi cəhətləri var.

 Siqaret çəkmək hər şəraitdə zərərlidir və siqaret çəkən şəxs və hətta onun ətrafındakılar üçün bütün xərçəng növlərinə əsas yaradır. Ancaq yeməkdən sonra siqaret çəkmək xərçəngə tutulma ehtimalını daha da artırır. Çünki reflüks riskini və ya mədə məzmununun özofagusa qayıtma riskini artırır, reflü isə uzun müddətdə xərçəng riskini artırır.

Yeməkdən sonra mədənin tox və ağır olduğunu nəzərə alsaq, meyvə yemək bu ağırlığı artırır və həzmdə problemlər yaradır. Yeməkdən 1-2 saat sonra yemək daha məqsədəuyğundur.

Çay dəmirin udulmasının qarşısını alır. Qadınlar və uşaqlar yeməkdən sonra iki saat çay içməsələr yaxşıdır. Təbii ki, adətən qanında dəmiri yüksək olan kişilərdə yeməkdən dərhal sonra qəbul etmək heç bir problem yaratmır.

Yemək zamanı və yeməkdən sonra kəmər taxmaq qan dövranının çətinləşməsinə səbəb olur. Tədqiqatlar göstərib ki, tualetə tox mədə ilə getmək stressə, ürək və beyinə qan tədarükünün pozulmasına səbəb olur.

 Yeməkdən dərhal sonra uzanmamaq tövsiyə olunur. Çünki bu amil turşu olan mədə tərkibinin yenidən özofagusa dönməsinə və qida borusunun iltihabına səbəb olur.