Fast-food qidalarının daha bir zərəri aşkarlanıb.
Harvard universitetində aparılan araşdırmalara görə müntəzəm olaraq Fast-food-la qidalanmaq kişilər üçün olduqca zərərlidir.
Belə ki, normadan artıq Fast-food ilə qidalanmaq sonsuzluğa səbəb olur. Bu da sözügedən qidaların kişilərdə spermanın keyfiyyətini aşağı salması ilə əlaqədardır.
Araşdırmada yaşı 18-20 arası olan 3000-dən çox kişi iştirak edib. Onlardan bir qismi daima Fast-food-la qidalansa da, qalanları bu növ qidalardan tamamilə uzaq insanlardır.
Nəticələrə görə pizza, qazlı içkilər, şirniyyatlar normadan artıq və müntəzəm şəkildə qəbul olunduqda kişilərdə sonsuzluğa yol açır.
Eləcə də, sağlam və vitaminli, xüsusən də, göyərti ilə qidalanan insanların sperma keyfiyyətinin yüksək olduğu da araşdırmalar nəticəsində məlum olub.
Milli.Az
Son xəbərlər
- Fəsil dəyişkənliyində yuxunu necə tənzimləyək?
- Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru Ziya Rəcəbov "Strateji HR Forum"da spiker kimi iştirak edib
- Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
- 30 gün ərzində sağlam bədənə sahib olacaqsınız -BU QİDALARDAN UZAQ DURUN
- Fol turşusu hansı qidalarda daha çoxdur?
- Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb