Bəzi qidalar var ki, onları hər gün də yesəniz, sizə zərər verməz. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mixail Ginzburq danışıb.

Onun sözlərinə görə, qarabaşaq sıyığı həmin qidalardan biridir.

Həkim daha gec həzm olunduğu üçün qabıqsız, bütöv və emal olunmuş qarabaşaq seçməyi məsləhət görüb. Belə halda qanda şəkər səviyyəsi artmayacaq və uzunmüddətli toxluq hissi yaranacaq.

Diyetoloq qarabaşaq sıyığına şəkər əlavə etməməyi, yalnız süd ilə bişirməyi məsləhət görür. Əgər qarabaşağı garnirlə əsas yemək kimi hazırlamağı düşünürsünüzsə, onu balıq, tərəvəz və ya yağsız ətlə yemək daha faydalıdır. Bu zaman siz həm zülal, həm lif, həm də qidalandırıcı maddələr qəbul etmiş olacaqsınız.

Lakin yalnız qarabaşaqla qidalanmaq bezdirici olacaq. Onu digər dənli bitkilərlə əvəz edə bilərsiniz.