Səhv qidalanma ürək-damar xəstəliklərinə səbəb ola bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə kardioloq Lenar Kaşapov danışıb.

O qeyd edib ki, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və hipertoniya ən çox rast gəlinən xəstəliklərdəndir.

"Yağlı, hisə verilmiş, duzlu, qızardılmış, ədviyyatlı (acı) qidaların miqdarını rasionunuzda məhdudlaşdırın. Qırmızı ətdən az istifadə etməyə çalışın, çünki qanda xolesterinin səviyyəsini artırır. Bununla yanaşı, rasiona meyvə-tərəvəz, bütövtaxıllar və dəniz məhsulları əlavə etmək lazımdır”, – deyə Kaşapov vurğulayıb.

Kardioloq onu da əlavə edib ki, 45 yaşdan sonra ürək-damar xəstəliklərinə tutulma riski artır.