Xurma quruduqda onun təbii şirinliyi artır və bütün faydalı xüsusiyyətləri qorunub saxlanılır. Şirniyyat və şokolad üçün əla əvəz ola bilər. Foodinfo.az xəbər verir ki, bu barədə "Veçernaya Moskva"ya dietoloq, qastroenteroloq Nuriya Dianova məlumat verib.

O, bu meyvənin adi şirniyyatlar qədər təhlükəli olmadığını, qan şəkəri yüksək olan insanlar üçün də uyğun olduğunu vurğulayıb.

Həkim qurudulmuş xurma alarkən məhsulda süni əlavə olmaması üçün tərkibinə diqqət etməyi tövsiyə edib.