11 aprel 2020-ci il tarixində “Xətai-Çörək” ASC  səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir. Foodinfo.az ASC-nin elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdır: 1. 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı. 2. Cəmiyyətin müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi . 3. Cəmiyyətin idarə heyətinin seçilməsi. 4. Cəmiyyətin təftiş komissiyasının yaradılması. Yığıncaq “Xətai-Çörək” ASC-nin Bakı, Xətai rayonu, Nobel prospekti 72 ünvaında yerləşən ofisində keçiriləcək.