Panqasius və ya basa balığı — tərkibində kimyəvi maddələr, bakteriyalar, hormonlar, ağır metallar olan və sağlamlıq üçün çox təhlükəli balıqdır. \
Foodinfo.az xəbər verir ki, ölkəmizdə də satılan bu balığın ətinin tərkibində yüksək miqdarda arsen, həmçinin, polixlor bifenil kimi bir sıra toksik və sağlamlıq üçün təhlükəli maddələr mövcuddur.
Bu balığı nə üçün yemək olmaz?
İş burasındadır ki, bu balıq əsasən dünyada ən çirkli çaylardan biri sayılan Vyetnamda yerləşən Mekonq çayında yetişdirilir. Bu çaya kimyəvi zavodların tullantıları, kanalizasiya suları və s. axıdılır. Sahibkarlar isə yetişdirdikləri balıqları süni geni dəyişdirilmiş qidalarla qidalandırırlar.
Panqasius balığı dünyanın bir çox kasıb ölkələrinə ixrac edilən çox ucuz balıq növüdür. İnsanlar onun sağlamlılq üçün təhlükəsindən xəbərsiz halda alaraq istifadə edirlər.
Maraqlıdır ki, balığın dondurulması zamanı da Mekonq çayının suyundan istifadə edilir. Balıqların tez böyüməsi üçün Çindən gətirilən homonlardan istifadə edilir.
Araşdırmalar göstərir ki, bu balığın istifadəsi qaraciyər çatışmazlığına, qan xəstəliklərinə daxili orqanlarının iflasına gətirib çıxarır.
Buna görə də ölkəmizdə də çox satılan bu balığı alıb istifadə etməzdən əvvəl sağlamlığınız haqda düşünün.
©Medicina
Son xəbərlər
- HƏR GÜN ÇÖRƏK YEMƏYİN TƏSİRİ
- Dünyanın ən zərərli qidası açıqlandı
- Fəsil dəyişkənliyində yuxunu necə tənzimləyək?
- Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru Ziya Rəcəbov "Strateji HR Forum"da spiker kimi iştirak edib
- Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
- 30 gün ərzində sağlam bədənə sahib olacaqsınız -BU QİDALARDAN UZAQ DURUN