Hər gün də olmasa, 2 gündən bir hər dəfə 3-5 dəqiqə bu prosedurlara əməl etsəniz, ömrünüz kifayət qədər uzun, sağlam olacaq. Bütün bu qaydaları amerikalı fizioloq alimlər müxtəlif qədim sivilizasiya və mənbələrdən toplayıb, ən yaxşılarını qeydə alıb və özləri də sınayıblar. Pilləkənlə qalxmaq yox, enmək faydalıdır Çox həkimlər insanlara pilləkənləri piyada qalxmağı məsləhət görür ki, bu ürək-qan damar sistemi üçün yaxşıdır. Amma əziyyətli iş olduğundan çoxları bu qaydaya əməl etmir, üstəlik pilləkən çıxmaq ürək üçün artıq yükdür. Az adam bilir ki, pilləkənlərlə üzü aşağı düşmək ürək və əzələlər, bədən fiqurası üçün daha yaxşıdır. Pilləkənlə düşərkən demək olar ki, heç işləməyən tənbəl əzələlər və bağlar da işləyir. Xüsusən bel, çanaq, diz dibi oynaqlar, əzələlər yaxşı məşq edir. Dilinizin altına bir çimdik dəniz duzu qoyun Hər səhər və axşam yatanda dilinizin altına bir-iki ədəd iri dənəli dəniz duzu qoyun. Duz əriyib limfalarla sovrulacaq. Əgər angina, karies, qrip varsa, bir stəkan suda bu duzdan həll edib, qarqara edin. Nəfəs almağı saxla Dərindən, çox hava almaqla nəfəs əslində yaxşıdır. Amma 92 il yaşamış kardioloq Amosov deyib ki, əksinə, nəfəs almağı saxla. Bütün hüceyrələr kəskin yüklənməyə və havasızlığa ehtiyac duyur. Bunun üçün onlara oksigen axınını 2-3 dəqiqəlik də olsa kəsməlisən. Dərindən nəfəs al və saxla. Ən azı 1-2 dəqiqə nəfəs almadan dayan. Getdikcə dəqiqə sayını artır. Hüceyrələrin bu texnikadan sonra yenilənəcək, daha aktiv çalışacaq. Bu tənəffüs məşqi üzrə dünya rekordu 18 dəqiqə olub. Gözlərini yum Ən ideal istirahət gözləri yummaqdır. Əgər gün ərzində müxtəlif vaxtlarda gözlərini 3-5 dəqiqəlik yumub, heç nə görməsən, həm gözlərin, həm beynin razı qalacaq. Gözlərini yumub, əlini alnına gözünün üstünə qoy, amma göz qapaqlarına toxunma. Çalış gözünü yumduqda gözlərin qaranlıqdan başqa bir şey görməsin. Qulaqlarını masaj et Şərq tibbinə görə, qulaqlarda 11 Ay nöqtəsi, kanallar yerləşir. Bu nöqtələr daxili orqanlarla bağlıdır. Qulağın ucunda çox sayda sinir ucları da var. Bu hissə çox həssasdır və beyinə aktiv siqnallar ötürür. Bu hissəni aktiv masaj etməklə, sıxmaqla çox böyük faydalar əldə edəcəksən. Karandaşı dişlərinizdə sıxıb, hərflər yazın Kompüter, televizor, telefon qarşısında əyilib bütün əzələ, bağları, damarları gərilən, quruyan və tənbəlləşən boyun insanın əsas həyat orqanı olan beynini məhv etməyə başlayır. Hər gün 5 dəqiqə bu hərəkətə vaxt ayırın: dişlərinizdə karandaşı sıxıb, havadaca qarşınızda əlifbanın bütün hərflərini vizual yazın. Çətin ola bilər, amma bundan sonra boyun da, beyin də sizə minnətdar olacaq.