Salyanda 2 mağazadan ərzaq və tütün məmulatları oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Foodinfo.az-a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki 2 mağazadan ərzaq və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Eyvazzadə və K.Məmmədova saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 4 avtomobildən akkumulyator, radiatorun qapağı, maqnitofon, ehtiyat təkəri və oturacaq üzlükləri oğurlaması da müəyyən edilib.   Namiq