Avropa Şurası smartfon istehsalçılarından 2027-ci ilə qədər öz cihazlarını çıxarıla bilən batareyalarla təchiz etməyi tələb edən qanunu təsdiqləyib.

Foodinfo.az xəbər verir ki, yeni qayda, batareyaların mümkün qədər çox təkrar emal edilməsi və ya təkrar istifadə edilməsi üçün dövri iqtisadiyyat yaratmağı hədəfləyir.

Bu qərar təkcə smartfonların dizaynını dəyişməyəcək, həm də planşet, noutbuk və elektromobil kimi akkumulyatorlu digər qurğulara da təsir edəcək. İstehsalçılara məhsullarını təkmilləşdirmək üçün 2027-ci ilə qədər güzəşt müddəti verilir.

Qanun yalnız Avropa İttifaqında satılan cihazlar üçün məcburi olsa da, "Samsung", "Google" və "Apple" kimi nəhəng istehsalçılar onun standartlarını digər bölgələrdə də tətbiq edəcəklər.

Çıxarılan batareyaların tətbiqi ekoloji məsuliyyəti artıracaq və batareya ilə bağlı tullantıların miqdarını azaldacaq. İstifadəçilər üçün də bu qərar sərfəlidir: onlar istənilən vaxt smartfonlarının batareyasını dəyişə biləcəklər.

Fərid