Otuz ildən çox müddətdən sonra ABŞ bir vaxtlar 30.000 ton ölümcül kimyəvi maddədən ibarət olan bütün kimyəvi silah anbarını məhv etdi. Bu ehtiyatlar Soyuq müharibə dövründə çəkindirici vasitə kimi yığılsa da, ölkə vətəndaşları üçün də ciddi təhlükə yaradırdı.

Foodinfo.az xəbər verir ki. məhv prosesi 1990-cı ildə başlayıb və 7 iyul 2023-cü il tarixində Kentukki ştatındakı "Blue Grass" ordu nnbarında sarin və digər zəhərli maddələrlə dolu sonuncu raketin məhv edilməsi ilə başa çatıb.

İlkin olaraq tətbiq edilən yüksək temperaturda yandırma üsulu ictimaiyyətin narahatlığına səbəb oldu, bu isə iki alternativ metodun qəbulu ilə nəticələndi. Bunlardan birincisi zamanı robotlar silahları sökərək kimyəvi maddələri içindən boşaldırdilar. Sonra həmin maddələr isti su və natrium hidroksidlə qarışdırılaraq zərərsizləşdirilirdilər.

Statik detonasiya kimi tanınan ikinci üsul zəhərli maddənin sursatın içərisində bərkidiyi hallarda istifadə olunurdu. Sursat yüksək temperaturlu kameraya qoyulurdu. Burada partlayıcı maddə partlayaraq məhv olurdu.

ABŞ-ın kimyəvi silah ehtiyatlarının müvəffəqiyyətlə məhv edilməsindən sonra Kentukki ştatında çirklənmiş sursatların zərərsizləşdirilməsi zavodunun ləğvi üçün işlər aparılır.

Fərid