"Amazon" şirkəti müştərilərə ovuc içi ilə alış-veriş etməyə imkan verən yeni ödəniş sistemini kütləvi şəkildə istifadəyə verməyə hazırlaşır.
Foodinfo.az-ın WSJ-yə istinadən məlumatına görə, 2024-cü ilə qədər belə ödəniş 500-dən çox "Whole Foods" mağazasında mövcud olacaq.
Bundan əlavə, "Amazon" texnologiyanı müxtəlif məkanlara, o cümlədən stadionlara, hava limanlarına və hətta bəzi qəhvəxanalara təqdim etməyi planlaşdırır.
Bu addım şirkətin biometrik ödənişləri aktiv şəkildə genişləndirmək və "Apple" və "Google" kimi nəhənglərlə rəqabət aparmaq strategiyasının bir hissəsidir.
"Amazon" indiyədək ödəniş xidmətləri bazarında əsas oyunçu ola bilməsə də, şirkət yeni "Amazon One" ödəniş xidmətinin uğurlu olacağına ümid edir.
Yeni ödəniş sisteminin potensialının sübutu kimi "Amazon" qeyd edir ki, istifadəçilər artıq ovucları ilə 3 milyondan çox ödəniş ediblər və istifadəçinin saxta identifikasiyası ilə bağlı bir dənə də olsun hal qeydə alınmayıb.
Leyla