Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən əməkdaşlıq çərçivəsində ZOOM platforması üzərindən ASK üzvləri üçün silsilə təlim paketi planlaşdırılıb. Foodinfo.az-ın məlumatına əsasən, ilk mərhələ olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə “İstehsal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində ən yaxşı təcrübə və ümumi gigiyena qaydaları” mövzusunda vebinar keçiriləcək. Vebinarın 16 fevral 2021-ci il, saat 16:00-17:00-da keçirilməsi nəzərdə tutulub. Seminar "Qida məhsullarının çirklənmələri və zərərvericilərlə mübarizə", "Sahə nəzarətçisinin qida keyfiyyəti ilə bağlı gündəlik yoxlamaları", "Qida məhsullarının konservləşdirilməsi", "Düzgün etiketləmə qaydası və mal qonşuğu siyasəti", "Aylıq və illik tibbi müayinələrin aparılması qaydası və periodik tibbi yoxlanışlara nəzarət sistemi", "Meyvə və tərəvəzin dezinfeksiya olunması qaydası", "Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı", "Şəxsi gigiyena qaydaları və istehsal obyektlərində sanitar-gigiyenik normaların qorunması" mövzularını əhatə edəcək. Vebinarda AQTİ-nin Təlim və konsaltinq şöbəsinin əməkdaşı Seymur Qafarov təlimçi qismində çıxış edəcək. Seminarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqələndirici şəxsə ad, soyad, təmsil edilən qurum, icra edilən vəzifə,e-mail ünvanı və əlaqə nömrəsi göndərməyiniz xahiş olunur. Qeyd edək ki, seminarda iştirak etmək üçün gərəkli zoom link ancaq qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Əlaqələndirici şəxs:
Elmira Balıyeva
E-mail: [email protected]
Tel: +994 12 465 76 92 / daxili 119