Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən əməkdaşlıq çərçivəsində ZOOM platforması üzərindən ASK üzvləri üçün silsilə təlimlər çərçivəsində ilk seminar baş tutub.
Foodinfo.az-ın məlumatına görə, ilk mərhələ olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə “İstehsal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində ən yaxşı təcrübə və ümumi gigiyena qaydaları” mövzusunda vebinar keçirilib.
Seminar "Qida məhsullarının çirklənmələri və zərərvericilərlə mübarizə", "Sahə nəzarətçisinin qida keyfiyyəti ilə bağlı gündəlik yoxlamaları", "Qida məhsullarının konservləşdirilməsi", "Düzgün etiketləmə qaydası və mal qonşuğu siyasəti", "Aylıq və illik tibbi müayinələrin aparılması qaydası və periodik tibbi yoxlanışlara nəzarət sistemi", "Meyvə və tərəvəzin dezinfeksiya olunması qaydası", "Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı", "Şəxsi gigiyena qaydaları və istehsal obyektlərində sanitar-gigiyenik normaların qorunması" mövzularını əhatə edib.
Vebinarda AQTİ-nin Təlim və konsaltinq şöbəsinin əməkdaşı Seymur Qafarov təlimçi qismində çıxış edib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
[gallery ids="34601,34602"]
Son xəbərlər
- Bədəndən toksinləri çıxarmaq üçün axşam nə yemək lazımdır?
- Pomidorun zərərləri: Diqqət yetirilməli məqamlar
- Qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlim keçirilib
- Qışda sağlamlığı qoruyan qidalar
- Kətan yağının faydalı xüsusiyyətləri
- Sirkəli ayaq vannasının faydaları