Aclıq hissi bədənin təbii bir siqnalıdır, lakin bir insanda nələr baş verir, hansı mexanizm yemək vaxtı olduğunu başa düşməyə kömək edir?
Foodinfo.az xəbər verir ki, bu arədə tibb elmləri doktoru Pavel Umryuxin danışıb.
Onun sözlərinə görə, bizim iştahımız müəyyən qidalandırıcı maddələrin çatışmazlığı və ya yemək vərdişləri ilə bağlı ola bilər. O, həm də emosional rəng ala bilər, çünki bədənimiz dopamin ifraz edərək, aclığın aradan getməsini xoş hisslərlə əlaqələndirir.
Aclıq və toxluq beyindəki hipotalamik mərkəzlərin aktivləşməsi ilə əlaqələndirilir. Aclıq qida mədə-bağırsaq traktında, adətən yeməkdən bir neçə saat sonra qana sovurulması zamanı başlayır. Bu, mədənin boşalması və qida qəbul etməyə hazır olması ilə əlaqədardır. Yemək əl altında olanda bədən aclıq hiss edir və mədəni doldurmağa tələsir.
Aclıq və toxluq mexanizmləri bizə qədim zamanlardan, əcdadlarımızdan, yeməyin həmişə olmadığı zamandan miras qalıb. Hazırda, mədəmizi doldurmaq istəyimiz müsbət emosiyalara səbəb olsa da, piylənmə və diabet kimi sağlamlıq problemləri ilə nəticələnə bilər. Odur ki, yeməkdən sonra mədənin yarıboş olması qaydasına riayət etmək faydalıdır.
Yeməyə başlayandan təxminən 20-25 dəqiqə sonra toxluq hiss edirik, hətta qidalar qana hələ sovurulmağa başlamamış olsa belə. Bədən tez-tez stimullara vaxtından əvvəl reaksiya verir. Məsələn, şirniyyat yemək insulinin həddindən artıq ifrazına səbəb olur.
Yadda saxlamaq lazımdır ki, az miqdarda yemək belə, bir az gözləsəniz, doymanıza kömək edə bilər. Çox sürətli yemək isə həddindən artıq çox qida qəbuluna və sağlamlığa zərərli nəticələrinə səbəb ola bilər.
Beləliklə, aclıq və toxluq qida çatışmazlığı şəraitində yaşamaq üçün bədənimizdə yaranmış fizioloji mexanizmlərlə bağlıdır. Hazırda isə sağlamlığınızı və yaxşı formanızı qorumaq üçün qidalanmanı idarə etməyi və həddindən artıq yeməməyi öyrənmək vacibdir.
Natəvan