“Çərəzləri düzgün şəraitdə saxlamadıqda zəhərli toksin - aflotoksin yaranır”. Foodinfo.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Tərlan Qorçiyeva bildirib. T.Qorçiyeva qeyd edib ki, aflotoksinə daha çox badam və fındıqda rast gəlinir: “Məhsulun üzərində aflotoksinin əlaməti olan kiflər özünü pambıq kimi, bəzən də rəngli şəkildə göstərir. Hətta məhsulun gözlə görünməyən dərin qatlarına da nüfuz edə bilir”. https://youtu.be/vrqOaA9dDmg