Sadə eskizləri və hətta uşaq cızma-qaralarını rəsm əsərlərinə çevirən innovativ texnologiya təqdim olunub.

Foodinfo.az xəbər verir ki, "Stable Diffusion" təsvir generasiyası modelindən istifadə edən "Stable Doodle" adlı yeni xidmət "Stability AI" şirkəti tərəfindən hazırlanıb.

Bu xidmət hətta süni intellektlə işləməyən biri üçün də bir neçə saniyə ərzində yüksək keyfiyyətli orijinal şəkillər yaratmağa imkan yaradır.

"Stable Doodle", yaradıcı şirkətin daxili proqramlarından əlavə, "Tencent" ilə birlikdə hazırlanmış ən son "T2I-Adapter" şərti idarəetmə həllindən istifadə edir. Onun köməyi ilə platforma eskiz konturlarını dəqiq təhlil edə və vizual olaraq cəlbedici illüstrasiyalar yarada bilir.

Məhz bu birləşmə sayəsində istifadəçilər sadəcə öz eskizlərini ataraq, hazır rəsm əldə edə bilərlər.

Nurlan