Su içmək orqanizm üçün zəruridir. Yetərincə su içməmək isə qanın qatılaşmasına, eləcə də mədə-bağırsaq traktının, böyrəklərin və öd kisəsinin işində qüsurlara səbəb ola bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina bildirib.

Onun sözlərinə görə, qan müəyyən qədər duru olmalıdır, su çatışmazlığı olduqda isə qatılaşır. Bu, qanda laxtalanma və tromblaşma riski yaradır. Bundan əlavə, qatılaşmış qanı itələmək kifayət qədər çətindir və ürək ikiqat gücə düşür.

Su bir çox orqanların işləməsi üçün vacib bir komponentdir. Onsuz orqanizm mədə şirəsini və qida həzmi, bağırsaq hərəkətləri üçün lazım olan fermentləri istehsal edə bilmir. Su çatışmazlığı zamanı ödün qatılılığı artır və öd daşı təhlükəsi yaranır.

Bundan əlavə, kifayət qədər su içməmək sidik kisəsində daşların yaranmasına və böyrəklərin zədələnməsinə də səbəb ola bilər. Eyni zamanda, insanın nəcisi bağırsaqlarda lazım olduğundan daha uzun müddət qaldığı üçün quru ola bilər və oradan toksinlər bədəndən xaric olmaq əvəzinə, qana keçir.

Sonda Solomatina bütün prosesləri və orqanların normal fəaliyyətini təmin etmək üçün nə qədər təmiz su içmək lazım olduğunu izah edib. Onun sözlərinə görə, çəkinizin hər kiloqramı üçün 30 mililitr su içməlisiniz.

Nurlan