"Disney" şirkəti süni intellekt dünyasına qərq olur. Əyləncə sənayesinin nəhəngi öz "imperiyası" daxilində süni intellektin strateji istifadəsini araşdıracaq komanda yaradıb.
Foodinfo.az xəbər verir ki, "Disney"in əyləncə parklarında yeni animatronik robotlar yaradılacaq, həmçinin rəqəmsal əyləncə və film istehsalı xərclərini optimallaşdırmağın yolları tapılacaq.
Eyni zamanda "Disney" müxtəlif xidmətlərə və françayzalara avtomatlaşdırma gətirmək üçün süni intellektə əsaslanan startaplarla əməkdaşlıq etmək niyyətindədir.
İş elanları da "Disney"in süni intellekt istəklərinin göstəricisidir: 11 açlıq vakansiyada animasiyadan reklama qədər müxtəlif sahələrdə işləmək üçün süni intellekt və maşın öyrənməsi üzrə mütəxəssislər axtarılır.
Fərid