Çin ordusunun mütəxəssisləri xüsusi neyrosilah hazırlayır.
Foodinfo.az xəbər verir ki, bu barədə "The Washington Times" nəşrinin "Çin Kommunist Partiyasının neyro-zərbə proqramının siyahısı, hədəflənməsi və ləğvi" başlıqlı hesabatda deyilir.
Ehtimal olunur ki, bu cür silahlar Qərb siyasi liderlərinin və təbii ki, ABŞ prezidenti Co Baydenin və hətta bütün əhalinin beyin fəaliyyətinə təsir etmək və onu pozmaq üçün nəzərdə tutulub.
Açıq mənbələr əsasında tərtib edilən hesabat müəlliflərinin fikrincə, belə silahlar elmi fantastika, yaxud nəzəriyyə deyil.
Jurnalistlər hesab edirlər ki, Çin dünyanın yeganə fövqəldövləti rolunu qazanmaq üçün belə silahlar hazırlayır. Silahın məqsədi, həmçinin, "hədəflərin" zehninə nəzarətdir.
Nərmin