Gecələr xoruldayırsınızsa, bu, təhlükəli xəstəliyin əlaməti ola bilər.

Foodinfo.az xəbər verirki, bu barədə kardioloq, terapevt Olqa Kotolupova xəbərdarlıq edib.

Onun sözlərinə görə, yatarkən nəfəs aldıqda çıxan spesifik səslər obstruktiv yuxu apnesi sindromunun mövcudluğunun göstəricisi ola bilər.

Bu sindromdan əziyyət çəkən insanlarda yuxu zamanı yumşaq damaq və farenks (udlaq) kimi yuxarı tənəffüs yollarının əzələləri xoruldama zamanı olduğu kimi titrəməkdən əlavə, həm də vaxtaşırı tam bağlanır və bu da nəfəsin dayanmasına səbəb olur. Nəticədə, qanda oksigen səviyyəsi azalır və karbon dioksid səviyyəsi artır.

Bu zaman beyin farenksin əzələləri üzərində nəzarəti bərpa etmək və tənəffüs yollarını açmaq üçün istirahəti pozmağa və qismən aktivləşməyə məcbur olur. Bu dövr bir gecədə 400-500 dəfəyə qədər təkrarlana bilər. Yuxu apnesi arterial hipertenziya, ürək çatışmazlığı, atrial fibrilasiya, işemiya və gecə vaxtı ürək ritminin pozulması kimi vəziyyətlərə səbəb ola bilər.

Bundan əlavə, sözügedən sindrom 2-ci tip şəkərli diabet, metabolik sindrom və piylənmənin səbəblərindən biri ola bilər. 

Mütəxəssis qeyd edib ki, kişilərdə yuxu zamanı tənəffüsün müntəzəm olaraq dayanması ereksiya problemlərinə və hətta xroniki impotensiyaya səbəb ola bilər.

Fərid