Alimlər belə qənaətə gəliblər ki, havaya atılan və adətən təhlükəsiz hesab edilən çirkləndiricilərin hətta kiçik miqdarı da uşaqların beyin fəaliyyətinə təsir göstərə bilər.

Foodinfo.az xəbər verir ki, tədqiqatçılar 9-10 yaş arası 9000-dən çox uşağın MRT beyin skanını təhlil ediblər. Onlar uzunmüddətli yaddaşa cavabdeh olan hipokampusa, amigdala və beyin qabığının fronto-parietal loblarına xüsusi diqqət yetiriblər.

Həmçinin, onların evlərində havanın keyfiyyət göstəriciləri, o cümlədən PM2.5 xırda bərk hissəciklərinin, azot dioksidinin və səth ozonunun konsentrasiyası da nəzərə alınıb.

Tədqiqatın nəticələri göstərib ki, daha çox çirkləndiricilərə məruz qalan uşaqlarda beynin müxtəlif sahələri arasında əlaqələrdə dəyişikliklər müşahidə olunub.

Eyni zamanda məlum olub ki, beyin fəaliyyətinin bu əlaqələri 9-12 yaş arasında formalaşır və yeniyetmələrin normal koqnitiv və emosional inkişafına təsir göstərə bilir.

Havanın hətta təhlükəsiz sayılan səviyyədə çirklənməsi zamanı uşaqlar inkişafın bu kritik dövründə mənfi təsirlərə məruz qalırlar. Bu da, öz növbəsində, gələcəkdə koqnitiv və emosional pozğunluq riskini artıra bilər.

Leyla