Növbəti onillikdə robotlarla münasibətimiz daha da maraqlı olacaq. Hətta indi belə, çatbotlar və köməkçi robotlar artıq elə çalışırlar ki, insanlara canlı varlıq kimi görünürlər. Bu isə xoşagəlməz nəticələrə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, virtual səs köməkçiləri kütləvi şəkildə tətbiq olunduqda valideynlər şikayət edirdilər ki, bu köməkçilər uşaqlarına kobudluğu öyrədirlər. Bunu düzəltmək üçün "Amazon" və "Google" şirkətləri “zəhmət olmasa” və “təşəkkür edirəm” sözlərindən istifadəni təşviq edən əlavə funksiyaları işə saldırlar..
2015-ci ildə alimlər insanların empatik qayğısı ilə robota münasibəti arasında hansı əlaqənin olduğunu aşkar ediblər. Bir çox araşdırma göstərir ki, robota qarşı aqressiv davranışın şahidi olanlar stress yaşayırlar.
Bundan əlavə, elmi araşdırmalar göstərir ki, insanlar robotlara ekrandakı adi personajlardan fərqli yanaşırlar. Bu, insanların bioloji olaraq fiziki hərəkətə reaksiya vermək üçün proqramlaşdırılması ilə bağlıdır.
Başqa sözlə desək, insanlar hər hansı bir hərəkət edən obyektə (hətta adi bir çubuqla) sanki canlı kimi davranmağa meyllidirlər. Odur ki, robotlar təkmilləşdikcə, insanların şüuraltında canlı ilə real arasındakı sərhəd pozulmağa davam edə bilər.
Robotlara qarşı amansız davranışın insanları ümumilikdə daha da qəddar edəcəyi ilə bağlı fərziyyələr var. Düzdür, bu hələ sübut olunmayıb.
Natəvan