Oksford İnternet İnstitutunun alimləri internetdən istifadənin mənfi təsirləri ilə bağlı məşhur fərziyyələrin əksinə olaraq, psixi sağlamlıq üçün təhlükəsiz olduğunu etiraf ediblər. Tədqiqatın nəticələri “Clinical Psychological Science” jurnalında dərc edilib.

Bunun üçün müəlliflər 189 ölkədən 15-89 yaş arası təxminən iki milyon insan haqqında məlumatları təhlil ediblər. Məlumatlar psixi sağlamlıq və adambaşına düşən internet istifadəçilərini müqayisə edən iki araşdırmadan əldə edilib. 2000-ci ildən 2019-cu ilə qədər narahatlıq, depressiya və özünə zərər vermə dərəcələri ilə bağlı məlumatlar da istifadə olunub. Bu amillər Ümumdünya Səhiyyə Təşkilatına üzv dövlətlərin telefon sorğuları və statistik qeydləri əsasında qiymətləndirilib.

Mütəxəssislər son iki onillikdə qlobal psixi sağlamlıqda yalnız kiçik dəyişikliklərin baş verdiyi qənaətinə gəliblər. Yaş qrupları və cins üzrə düzəlişlər internet istifadəçiləri arasında heç bir xüsusi demoqrafik model aşkar etməyib. Başqa sözlə, müəyyən qrupların psixi sağlamlıq problemlərinin daha çox risk altında olduğunu göstərən heç bir dəlil tapılmayıb. Bundan əlavə, komanda hesab edir ki, mobil genişzolaqlı internetdən istifadənin artması həyatdan daha çox məmnunluq gətirə bilər.

Fərid