Səhər saatlarında günə gümrah başlamaq üçün sadə, lakin təsirli üsullar mövcuddur. Foodinfo.az Podmoskovye Segodnya-ya istinadən xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin Krasnogorsk Xəstəxanasının terapevti İvan Yeromenko bildirib ki, səhər yeməyində yaşıl çay içmək enerjini artırmaq üçün ideal vasitədir.
Ekspertin sözlərinə görə, yaşıl çayın mülayim və balanslı qəbulu digər stimullaşdırıcı içkilərə nisbətən daha yumşaq və təhlükəsizdir. Bu, orqanizmi yuxudan oyatmaq və günə hazırlamaq üçün əlverişli üsuldur.
Həkim əlavə edib ki, səhər saatlarında düzgün hidratasiya, zülqlü qidaların qəbulu və gün işığından təsirlənmək də enerji səviyyəsini artırmaq üçün əhəmiyyətlidir. Yeromenko vurğulayıb ki, bu sadə vərdişlər səhər gümrahlığını təmin edir və gün ərzində məhsuldarlığı yüksəldir.
Beləliklə, səhər yeməyində yaşıl çay içmək gündəlik rutinə asan və faydalı əlavə ola bilər, xüsusilə enerji və diqqət tələb edən iş günləri üçün tövsiyə olunur.






